Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

SULTAN

ərəb. sultan sözündəndir. Sultan padşah, hökmdar, hakim, dövlət başçısı, imperator, qüdrət, qüvvət mənasındadır.

Osmanlı imperatorluğu dövründə dövlət başçılarının anasına, bacılarına da Sultan adı verilirdi. Azərbaycanda dilimizin ahəng qanununa uyğun Soltan kimi tələffüz edilmiş, sonradan Soltan da müstəqil ad kimi rəsmiləşmişdir. Azərbaycan antroponimikasında həm müştərək adlar, həm də titullardan yaranmış adlar sırasında olan Soltan/Sultan həm də kifayət qədər mürəkkəb adın tərkibində işlənir. Keçmiş Sovet İttifaqının tərkibində mövcud türk xalqları arasında geniş yayılmış şəxs adları sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti