Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

sürahı

Bax: sürahi.

Sənsən bu dünyada gözəllər şahı,

Bədənin büllurdur, boyun sürahı.

Dadıma yetişsin qadir ilahı,

Alagözlü Leyla xanım, gəl qayıt!

                                      (“Baxış-Leyla”)

Günü gümrah olur bahar, yay, payız,

Gərdəni sürahı, sinəsi kağız,

Dolanır məclisdə, başında qırx qız,

Aşıq Cünun deyər dövran görmüşəm.

                   (“Koroğlunun Ərzurum səfəri”) (“Dəmirçioğlu–İbrahim”)

Azərbaycan dastanlarının leksikası