Reklam
Reklam

Etimologiya lüğəti

sürüş

Çağdaş dilimizdə -ış4 şəkilçisi qayıdış feili düzəltmir (və ya çox az hallarda düzəldir: büz-üş, sür-üş...), amma keçmişdə bu vəzifəni yerinə yetirib. “Aparmaq” mənasında sür feili olub, indi də maşını sür tipli cümlələrdə ona yaxın anlamda işlədilir. Bu kök zəminində sürgün kəlməsi yaranıb, sürümək feili mövcuddur (-ı4 şə­kilçisi feildən feil düzəldib: sürsürümək ... və s.). Sürüş həmin sür feilindən düzəlmiş qayıdış növdür. Sürün forması da var və bu da qayıdış növdür, amma sürüşsürün leksik məna baxımından ciddi surətdə fərqlənir: həm məna, həm də forma (son səs) dəyişmələrə məruz qalmışdır. Dırmaşdırmanmaq sözləri də həmin qəlibə uyğun əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti