►Kimәsə oxşamaq, onu xatırlatmaq, yada salmaq, tanış gəlmək.
İfadə «soy» sözünün təhrif olunaraq «su» kimi işlənməsi nəticəsində yaranmışdır.
Birləşmənin birinci komponenti «su» yox, әslindә, «soy» sözündәn ibarәtdir: soyu çәkmәk. «Soy» sözü nәsil demәkdir. «Soyu çәkmәk», yəni hәmin nәsildәn kimә isә oxşamaq, kimi isә xatırlatmaq.
Müasir tәbiətşünaslıq insanın hәr hansı bir әlamәtinә görә nәsli xüsusiyyәtlәrә malik olduğunu tәsdiq edir. Bu fikir Məmməd Aslanın «Әrzurumun gәdiyinә varanda...» әsәrindә obrazlı şəkildә belə ifadә olunmuşdur: «Tarixboyu ölülәri dirilәr yaşadıb, diriləri dә ölülәr. İnsanın hәr hüceyrәsi ölü babalarının әbәdi yaşamaq ehtirasının әlamәtidir. Hәr toxumamız yeddi arxadan bәri gәlib-getmişlәrin bugünkü canlı yaşantısıdır».
Eyni mәnada dilimizdə «bir suyu (kiməsə) oxşamaq» ifadәsi də işlәdilir.
Məsəllər, deyimlər