Reklam
Reklam

Tarix terminləri lüğəti

tac

Monarx hakimiyyətinin rəmzi olan baş geyimi.

Adətən, T. qiymətli metallardan (əsasən, qızıldan) düzəldilib, çoxlu daş-qaş, eləcə də mirvari ilə bəzədilir. Müxtəlif formalarda (tiara, diadema, papaq, çələng və s.) olur. İlk dəfə qədim dövlətlərdə (Şumer, Akkad, Misir və s.) başa qoyulan T. orta əsrlərdə Qərbi Avropada xüsusilə geniş yayılıb.

Tarix terminləri lüğəti