Reklam
Reklam

Tarix terminləri lüğəti

tağar

Bəzi Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda mövcud olmuş ölçü vahidi və vergi.

T. Elxanilər dövründə geniş yayılıb. Ölçü vahidi kimi bir T. 100 Təbriz məninə (295 kq) bərabər olub. Vergi kimi isə T. əhalidən natural şəkildə toplanıb və həcmi qeyri-müəyyən olub. Xanlıqlar dövründə T., əsasən, ölçü vahidi kimi işlənib, taxıl, düyü və s. dənli kənd təsərrüfatı məhsullarının çəkilməsində istifadə edilib. Onun həcmi bölgədən-bölgəyə fərqlənib. Məsələn, Şamaxı xanlığında bir T. 400 kq olduğu halda, digər xanlıqlarda 240–600 kq arasında dəyişib. Bəzən bir T. toxum səpilən əkin sahəsi də T. adlanıb.

See also:

Tarix terminləri lüğəti