Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

tağar

Gədəbəy, Qafan, Qax, Qazax, Mingəçevir, Oğuz, Ordubad, Salyan, Şəki, Şəmkir, Zaqatala

Ölçü vahidi adı. □ On tağar ağa götürürdü, iki tağar da atama irəncbərpayı verirdi (Qazax); Mə:m əməx' günümə ildə dört-beş tağar dən düşür (Ordubad); Bıldırrarı qalxozdan beş tağar qartov aldım əməx'gününə (Gədəbəy); Qabax taxılı tağarnan ölçəllərdi, indi tonnan ölçüllər (Salyan); Otuz çanağın bir tağardı (Şəmkir); Tağarı un manıta taxıl satılıf (Şəki).

Azərbaycan dilinin dialektoloji lüğəti