Reklam
Reklam

Tarix terminləri lüğəti

tağbənd ev

ər. taq – bükülmüş, əyilmiş

Tavanı yarımsilindrik günbəz formalı və daş örtüklü yaşayış evi.

T.E.-in iki divarından biri tağbənd hündürlüyünədək qaldırılır. Ümumi qalınlığı 1 metrə çatan divarlar arasındakı boşluq daş qırıntıları, torpaq və s. ilə doldurulur. Qapı və pəncərələr ön divarda qoyulur. İkimərtəbəli T.E.-lərin, adətən, birinci mərtəbəsi təsərrüfat, ikinci mərtəbəsi isə yaşayış otaqlarından ibarət olur. Belə evlərdə camaxatantaxça düzəldilir. Azərbaycanda XX əsrin əvvəlinədək T.E. geniş yayılıb.

See also:

Tarix terminləri lüğəti