1. Tapşırılmış şey, yerinə yetirilməsi, ifa və ya həll edilməsi bir vəzifə olaraq həvalə edilmiş iş, məsələ və s. □ İctimai tapşırıq. Partiya tapşırığı.
2. İşin qabaqcadan müəyyən olunmuş və ya göstərilmiş həcmi. □ İstehsalat tapşırıqları.
3. Dərsdənkənar vaxtda öyrənmək və ya həll etmək üçün şagirdlərə verilən dərs. □ Həndəsədən tapşırıq.
4. Göstəriş, əmr, sərəncam. □ Direktorun tapşırığı.
5. Hərb. Operativ vəzifə. □ İskəndər Quliyev döyüş tapşırığını döyüşçülərə başa saldıqdan sonra qərargaha qayıtdı. (Ə.Vəliyev).