Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

tar1 [tar] isim

Musiqi. Azərbaycan və İranda çox yayılmış mizrabla çalınan simli musiqi aləti. □ Xoş nəfəsin elə gəlsin; Yarım gülə-gülə gəlsin; Mən çalanda tarı, bülbül; Sarı bülbül, sarı bülbül. (Xalq mahnısı).

tar2 [tar] sifət fars

1. Klassik ədəbiyyatda qara mənasında işlənmişdir. □ Könlümü qarət edir öylə ki, tari-zülfün; Rumə sanki həbəşi ləşkəri-yəğma gətirir. (X.Natəvan).

2. Klassik ədəbiyyatda tutqun, donuq, aydın görünməyən mənalarında işlənmişdir. □ Tar şüşə.

tar3 [tar] isim

Ev quşlarının üstündə durub gecələməsi üçün hinə qoyulan ağac. □ Tardakı xoruz qanadlarını şappıldadıb banladı. (S.Rəhimov).

tar4 [tar] isim

Üst-üstə dərəyə yağıb yığılmış qalın qar yığını. □ Dağ başında çar qala; Duman keçə, tar qala; Bir arzum var ürəkdə; Mən ölsəm də yar qala. (Bayatı).

Həmçinin bax:

frazeologizm: tar bağlamaq frazeologizm: toyuq tara çıxanda frazeologizm: toyuq tardan düşəndə Azərbaycan dilinin izahlı lüğəti