Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

tavar1

Qazax, Şamaxı, Şuşa

Cavan şahin.  Tavar bir qırqavul tutuf (Qazax); Bir tavar almışam, heç əvəzi yoxdu (Şuşa).

tavar2

Quba

Cavan camış. □ Tavar utlarda utduyadu.

tavar3

Cənubi Azərbaycan

1. Çalışqan.

2. Bacarıqlı. □ Tavar oğul ata malinə göz tikməz.

Azərbaycan dilinin dialektoloji lüğəti