Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

tayfa [tayfa] isim ərəb

1. Tarix. Sinifli cəmiyyətdən əvvəlki dövrdə adamların qohumluq münasibətinə, dil və ərazi ümumiliyinə əsaslanan birliyi; qövm. □ Köçəri tayfalar.

2. Xalq, millət mənasında.
3. Qohum, qəbilə, qohum-əqrəba. □ Müəllim yaxşı bilirdi ki, Qəhrəmangilin bütün tayfasında bir nəfər də olsa savadlı adam yoxdur. (S.Rəhimov).
4. Ümumi bir xüsusiyyəti (əsasən ixtisası, sənəti, zehniyyəti) ilə birləşən adamlar dəstəsi, qrupu. □ ..Orasını doğru deyirsən, həqiqət tacir tayfası mənim xoşuma gəlir. (Ü.Hacıbəyli).

Azərbaycan dilinin izahlı lüğəti