Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

tel1

Cəlilabad, Hamamlı, Kürdəmir, Ordubad

1. Sap (Ordubad). □ Natik tükannan tel aldı.

2. Sim; sazın, tarın simi (Hamamlı).  Sazın teli qırıldı, aşıx şirin çalıb oxuduğu yerdə.

3. Məftil (Cəlilabad, Kürdəmir).□ İt eyvanda telə bağlanıb (Kürdəmir).

4. Tütün düzülmüş 3-4 metr uzunluğunda ip (Hamamlı). □ Bö:yün Gülnaz qırx tel düzüf.

tel2

Zəngilan

Qovun növü. □ Teli körpə və:dəsində də ye:llər.

Azərbaycan dilinin dialektoloji lüğəti