Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

təminat [tə:minat] isim ərəb

1. Birisinin həyatını təmin etmək üçün ona verilən pul, maddi vəsait və s. □ Aslan da düşünərək, çalışaraq ailəsinə təminat yolu tapmışdı. (A.Şaiq).
2. Bir şeyin qorunub saxlanmasını, yerinə yetirilməsini, həyata keçirilməsini təmin edən amillər; zəmanət. □ Eyvazın dəstənin başında durması mənim üçün bir təminatdır. (C.Cabbarlı).

Həmçinin bax:

jurnalistika: proqram təminatının dizaynı Azərbaycan dilinin izahlı lüğəti