Reklam
Reklam

Etimologiya lüğəti

tənəkə

Nazik dəmir təbəqəsinə tənəkə (ustasına tənəkəçi) deyirik. Rusca “жесть” deməkdir. Bəzi türk dillərində pul sikkəsinə də təngə deyiblər (indi də ümumiy­yətlə, pul anlamında işlədilməkdədir). Rus dilində işlədilən деньги kəlməsi də bu sözlə bağlıdır. Sözün qədim mənası “dəmir” demək olub. Dəmir sözü türk dillərində bundan əlavə, həm də temir (Teymur), dibir formalarında işlədilib. İndi bizdə temirdibir yalnız ad (familiya) yerində işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti