Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

təpitmə1

Ağdam, Bərdə, Göyçay, İmişli, Mingəçevir, Şuşa

Xingal bişirmək üçün hazırlanan yarıçiy yuxa.  O təpitmələri doğra, su asmışam xəngəlpişirəx' (Ağdam); Beşaltı təpitmə var, gəti oları xıngal bişirim (İmişli). 

təpitmə2

Ağcabədi, Cəbrayıl, Şuşa, Ucar

Yağlı xəmirdən hazırlanmış məlhəm. □ Üş gündü topuğuma təpitmə qoydurram, indi bir əz babatdı (Ağcabədi); Uşağın qılçasına təpitmə qoydux, şişi çəkildi (Ucar); Təpitmə qoyannan bəri əlimin şişi yatıb (Cəbrayıl).

Həmçinin bax:

Azərbaycan dilinin dialektoloji lüğəti