Alınma sözdür və çoxlu mənası var: təzə, yaş (nəm), çiy, təmiz, ayaqqabı, jilet, dəri, fırlanmaq, yan keçmək və s. Təravət sözü də tər kəlməsinin təzə mənası ilə bağlıdır. Xəstə Qasımın beş bəndlik “Tər gülər Sənəm” qoşmasında tər sözü 61 dəfə işlədilmiş və demək olar ki, bütün mənalar əhatə olunmuşdur. Bu sözün “xərc ödəmək”, “xərcə düşmək” (“beş manat tərlədim” deyirik) mənası da var. Qan-tər sinonimlər birləşməsidir. Rus dilində də “пот” kəlməsi (tər) печь sözü ilə qohumdur. Çeşmi-tər “gözyaşı” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti