Klassik Şərq ədəbiyyatında 4 misradan ibarət, qafiyə quruluşu a.a.a.a şəklində olan lirik janr.
Yaxın və Orta Şərq, habelə Azərbaycan şeirində işlənib. İctimai-fəlsəfi və ya məhəbbət mövzusunda olub. Qazi Bürhanəddin, Nəsimi və Füzulinin bəzi T.-ləri mistik səciyyəli olub. Özünəməxsus musiqi ritminə malik olan T.-ləri dərvişlər oxuyub.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti