Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

tərəx'1

Ağbaba, Başkeçid, Bolnisi, Hamamlı

Rəf.  Qab-qacağu tərəyə düz (Ağbaba); Tərəx' qab-qacax yığmaxdan ötürüdü (Bolnisi); Boşqabları tərəyəyığırıx (Başkeçid); A bala, qabları tərəyə qoy, ortalıxda qalıf sınar (Hamamlı).

tərəx'2

Ağdam, Culfa, Laçın, Şuşa

Yağ, un və doşabdan hazırlanan halva növü. □ Dünən nənəm tərəx' pişirmişdi (Ağdam); Sə:rdən bir tərəx' dürməyi yemişəm, onun üsdündəyəm (Laçın); Dünən tərəx' bişirmişdim (Culfa); Mənim tərəx'dən o qədər də xoşum gəlmir (Şuşa).

Azərbaycan dilinin dialektoloji lüğəti