Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

tez-tez [tez-tez] zərf

1. Hər anda, ara vermədən, aralarından çox keçmədən. □ Cavan enişi çox çətinliklə enirdi, çünki yedəyindəki atın ayaqları yamacda tez-tez sürüşürdü. (E.Sultanov).
2. Həmişə, daim. □ ..Ancaq başsız qoymayacağam, tez-tez göz olacağam. (S.Rəhman).
3. Sürətli, sürətlə. □ Tez-tez getmək. Tez-tez yemək.

Azərbaycan dilinin izahlı lüğəti