Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

tıncıxmax1

Ağbaba, Ağcabədi, Xaçmaz, Qax, Oğuz, Zəngilan

Ürəyi darıxmaq, hava çatmamaq, təngnəfəs olmaq, boğulmaq. □ Əlinin başını suya basdım, o da suda tıncıxdı (Ağcabədi); Kök adam həməşə tıncıxar (Ağbaba); İsdidən adam tıncıxır (Zəngilan); A bala, qapını aç, mən lap tıncıxdım (Qax).

tıncıxmax2

Şəki

məc. Bezmək, təngə gəlmək. □ O qədər tıncıxdı ki, axırda heylə qoyuf getdi.

Azərbaycan dilinin dialektoloji lüğəti