Dəmirdən və s. metaldan qayrılmış çox iri dərin qazan. (“Koroğlu” dastanının lüğəti)
Ocağı asıb qır-saqqızı tökdü tiyana əridib elədi mum kimi.
(“Durna teli”)
Koroğlu dedi:
– Biz qatığı tiyana töküb çalxalayırıq, üstünün yağını götürüb plova tökür, altının suyunu isə içirik.
(Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikası