Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

torpaxbasdı1

Xanlar

Keçmişdə mal-qaranı yaylağa və qışlağa aparanda alınan vergi adı.  Qavaxlarda torpaxbasdını miravay yığırdı; Gərəx' torpaxbasdı vereydin ki, dağa köçöydün.

torpaxbasdı2

Füzuli, Tovuz

Gəlin köçürülərkən qız tərəfin adamlarının oğlan evinin adamlarından tələb etdiyi hədiyyə. □ Torpaxbasdı isdədi bizdən qız öyü (Tovuz); On manat torpaxbasdı verdim Abbasın toyunda (Füzuli).

Azərbaycan dilinin dialektoloji lüğəti