Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

tövzi

Fonetik təkririn növlərindən biri: misrada sözlərin eyni samitlə başlanması.

T.-ni alliterasiyanın bir növü kimi də qəbul etmək olar. Lakin alliterasiya, ümumiyyətlə, samitlərin təkrarını nəzərdə tutur. Bu mənada hər T.-ni alliterasiya hesab etmək olar, lakin hər alliterasiya T. deyil. T.-yə nümunə:

Gözün gecəsini günəşli gündüz,

Adi şüşəni də büllur bilərdi. (Xəlil Rza)

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti