Reklam
Reklam

Məsəllər, deyimlər

TROYA ATI

Hansısa bəd niyyəti, riyakar davranışı, xәyanәti həyata keçirmək üçün vasitə.

İfadə Homerin «İliada» əsərindən qaynaqlanaraq yayılmışdır.

Troya bizim eradan 300 il əvvəl mövcud olmuş şəhərdir. Türkiyənin indiki Çanaqqala şəhəri yaxınlığında,  Aralıq dənizi sahillərində möhkəm qala divarları ilə əhatə olunmuş Troya tarixin ən qədim şəhərlərindəndir.

Mәşhur Troya müharibəsinin (e.ə. XIII–XII əsrlər) Gözəl Yelena adlı qadın uğrunda başlandığı ehtimal olunur. Bir çox tarixçilər isə qadının sadəcə bəhanə olduğunu iddia edirlər. Çünki Troya varlı, həm də Asiyada ən strateji mövqedə – Bosfor boğazının girişində idi. Şəhər gəmilərdən vergi toplayaraq zənginləşmişdi. Troya ordusu Şərqdə ən güclü ordu hesab olunurdu. Onun başçısı isə Hektor idi. Troyanı işğal etməyə çox dövlətlər cəhd göstərmişdilər.

Uzun mübarizədə Troyanı zəbt edə bilməyən yunanlar hiylə işlətməyə məcbur olmuşdular. Odissey başda olmaqla  taxtadan nәhәng bir at düzәldib içәrisinә bir dәstә döyüşçü oturtmuşdular. Qoşun hәmin atı çöldə qoyub çıxıb getmişdi. Məsәlәdәn xәbәrdar olmayan troyalılar darvazanı açıb atı hərbi qənimət kimi şәhәrә gәtirmişlər. Gecә döyüşçülәr taxta atın içərisindən çıxıb şәhәr darvazalarını açmış, beləliklə də qoşun Troyaya daxil ola bilmişdi.

Troya atı haqqında ilk ədəbi məlumatı antik yunan şairi Homer «İliada» poemasında vermişdir.

Məsəllər, deyimlər