Reklam
Reklam

Məsəllər, deyimlər

TÜKDƏN ASILI OLMAQ

Çox çətin, riskli, mürəkkəb və tәhlükәli vәziyyәtə düşmək.

İfadə qədim yunan mifologiyasından qaynaqlanmışdır.

Tәdqiqatçılar bu ifadənin mәşhur Damokl qılıncı haqqında rәvayәtlә bağlı olduğunu göstәrirlәr. Bir qonaqlıqda hökmdar Dionisi öz taxtına onun taxt-tacına göz dikmiş Damokl adlı bir nәfәri әylәşdirir. Qonaqlığın şirin yerindә Damokl başını yuxarı qaldırıb görür ki, onun düz başının üzәrindә at tükünә bağlanmış bir qılınc ucu aşağı sallanıb. Onda başa düşür ki, hökmdarın xoşbәxt görünәn hәyatı, adәtәn, tәhlükәlәrlә dolu olur.

Hәmin ifadә dünyanın hər yerinə yayılıb və Azərbaycan dilində də gərgin vəziyyəti bildirmək üçün tez-tez işlədilir.

Məsəllər, deyimlər