Mənbələrdə tü (“tük” mənasında), tülə (tükünü dəyişmək) sözləri var. Tülək kəlməsi tüləmək feili zəminində əmələ gəlib. Tülək tərlan ifadəsi aşıq poeziyasında çox işlədilib. Tükünü ilk dəfə dəyişən (cavan) tərlan tülək tərlan adlanır. Cavanlıq həm də qoçaqlıq, igidlik əlamətidir. Ona görə də tülək sözü eyni zamanda “çevik” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti