Tükünü tökmüş tərlan (tülək tükünü, yununu tökmüş deməkdir).
Aşıq nə danə gördüm,
Xalın nə danə gördüm,
Tülək tərlan qismət oldu,
Axır nadanə gördüm.
(“Əmrah”)
*
Tülək tərlanı götürdüm,
Özümü yarə yetirdim.
Qarsın düzündə itirdim,
Yusiftək cavan qulları.
(“Qulam-Kəmtər”)
*
Tülək tərlan məskən edər binada,
Oğul, dağın qalar bu ürəkdə, sinədə.
Öldürərlər, heyfim gələr sənə də,
Qayıt, oğul, bu sövdadan qayıt, gəl getmə.
(“Qulam-Kəmtər”)
*
Mənəm şiri-nərtək meydanda gəzən,
Xişm ilə düşmanın bağrını əzən,
Tülək tərlan kimi havada süzən,
Sonra yaxan keçər ələ, pəhləvan!..
(“Koroğlunun Ərzurum səfəri”)
Azərbaycan dastanlarının leksikası