1. Pul vahidi.
2. On minə bərabər müəyyən miqdar sayı. (“Koroğlu” dastanının lüğəti)
Dastanlarda 1-ci mənaya rast gəlinir.
Nagah yerdən mən dəryaya atıldım,
Birdən-birə eşq oduna qatıldım.
Yüz tümənə mən sallaxa satıldım,
Dilbilməz əlinə düşdüm, neyləyim?!
(“İrvahım”)
*
Şəmiyə qulunu gəl heç vermə sən,
Min tümən pulunu gəl heç vermə sən,
Dəvəyə məxmər çulu gəl vermə sən,
Hər kəs olsa əldən qoymaz yarını.
(“İrvahım”)
*
Cəfər paşa belə bir qanun qoymuşdu: meydanlarda basılan yüz tümən verər, basan yüz tümən alardı.
(“Koroğlunun Ərzurum səfəri”)
*
Uca dağlarda duraram,
Çəkib bəzirgan vuraram,
Gündə üç içki quraram,
Yüz min tümənlər xərcləni.
(“Həmzənin Qıratı aparmağı”)
*
Məni görüb atım-atım atılı,
Qarğı qulaq bir-birinə çatılı,
Ucuzluqda min tümənə satılı,
Bahalıqda yox qiymətin Qırat, gəl!
(“Həmzənin Qıratı aparmağı”) (“Həmzə-Əsəd”)
*
Koroğluyam, uca dağda duraram,
Bəzirgan tutaram, karvan vuraram,
Gündə üç yol belə içki quraram,
Hər içkidə min tümənlər xərcləni.
(“Həmzənin Qıratı aparmağı”) (“Həmzə-İslam”)
Azərbaycan dastanlarının leksikası