Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

tüp

Dəstə, yığın, bölük.

Alaylar dağıdıb, tüplər pozaram,

Min düşməni bir qılınca düzərəm;

Qan etməyən günü qəmgin gəzərəm,

Mən bir qaniçici cəllad olmuşam.

                                              (“Lətif şah”)

Bir hay bassa, ağır tüplər basılar,

Qançırğadan qanlı başlar asılar,

Hər içkidə yetmiş quzu kəsilər,

Verər aşı, ağ lavaşı Koroğlu.

                            (“Koroğlunun Ərzurum səfəri”)

Bir qasiddən xəbər aldım,

Beşdi qalanın yolları,

Hayqırdım tüplər dağıldı,

Boşdu qalanın yolları.

                       (“Həmzənin Qıratı aparmağı”)

İki xanla bir araya gələndə,

Qurd oyunun aralığa salanda,

Kəllələr kəsilib yombalananda

Halaylar pozulub, tüp qılınclanır.

                       (Əndəlib Qaracadaği. “Şeirlər məcmuəsi”)

Beldə qılınc, hazaran qalxan qolunda,

Tüp-tüp atlı durur sağ və solunda...

                         (Əndəlib Qaracadaği. “Şeirlər məcmuəsi”)

Azərbaycan dastanlarının leksikası