Orta əsrlər türk ədəbiyyatında daha çox sadə türk dilində yazmağı təbliğ edən milli-ədəbi hərəkat.
XVI əsrdə Osmanlı ədəbiyyatında bu hərəkat geniş vüsət almışdı. T-B.-in tərəfdarları yaradıcılıqda ərəb və fars dilindən uzaqlaşmağı, türkcə yazmağı təbliğ edir, türk şeirlərində ərəb-fars mənşəli söz və ibarələrə qarşı çıxırdılar. Sadə türk dilində yazılmış qəzəllərə bəsitnamə deyilirdi.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti