►Deyiləni mexaniki təkrarlamaq, əzbərləmək, danışdığının mahiyyətinə varmamaq, dediklərinin mənasını anlamamaq.
İfadə tutuquşuların yaddaşa və danışmaq qabiliyyətinə malik olması ilə bağlı meydana çıxmışdır.
Mәlumdur ki, tutuquşular insan danışığını tәkrar edә bilirlәr. Bundan başqa, onlar uzun ömür sürmәlәri vә yaxşı yaddaşları ilә fәrqlәnirlәr. Belә ki, bu quşlar körpәlikdә eşitdiklәri sözlәri bütün ömürlәri boyu xatırlayırlar. Bәs nә üçün bu istedad başqa quşlara deyil, ancaq tutuquşulara məxsusdur?
Rio-Vriodakı tutuquşuları öyrənən institutun əməkdaşları deyirlər ki, əslində, bütün müasir quşlar öz әcdadlarının yaşadıqları ərazinin qәdim dillәrindә «danışırlar»; məsələn, sərçə hinduların qәdim әcdadı olan çeroki qəbilələrinin danışıq dilinә uyğun cikkildәyir.
Tutuquşulara gәldikdә isә onlar qiymәtli bir kəşfi təsdiqləmişlәr. Amazon çayı deltasında tutulmuş tutuquşular (onların tәxminәn 400–406 yaşında olduqları tәyin edilmişdir) bu yaxınlarda alimlәr tәrәfindәn Cәnubi Amerika cәngәlliklərində aşkarlanmış qәbilәlәrin dilindә «danışırlar». Halbuki hәlә son vaxtlaradәk bütün ornitoloqlar belә һesab edirdilәr ki, tutuquşular mənasız səslәr çıxarırlar.
Məsəllər, deyimlər