1. Bir şeyin sivri, şiş, nazik, batıcı tərəfi, kənarı. □ İynənin ucu. Qələmin ucu. Buynuz ucuna yumruqla vurmazlar. (Atalar sözü).
2. Parçanın, paltarın və s.-nin bucaq şəklində olan hissəsi, kənarı. □ Ətəyin ucu. Xalçanın bir ucundan yapışmaq.
3. Bir şeyin qurtaracaq hissəsi, kənarı, bir başı; axır, son, intəha.
Bağın bu biri ucunda. Dünyanın o ucunda. Şəhərin o biri ucunda.
4. Uzun şeyin hər iki qurtaracaq tərəfindən biri, bir şeyin kənarını təşkil edən kiçicik hissəsi; baş. □ Burnun ucu. Barmaqların ucu.
5. Baş, təpə. □ Günəş yaxın dağlar ucundan doğar; Buludları gözəl rənglərlə boyar. (A.Şaiq).
Həmçinin bax: