1. Yüksək, hündür. □ Uca boy. Uca bina. Uca ağac.
2. Ucaboylu, boylu-buxunlu. □ Uca oğlan. Uca kişi.
3. Çox hündürdə, çox yüksəkdə yerləşmiş. □ Uca yer. Uca ulduzlar. Dağlıq rayonun ən uca kəndi.
4. İsim kimi: uca yer. □ Çıxım gədiklərnən, izin izləyim; Ucalardan alçaqları gözləyim. (“Koroğlu”).
5. Məcazi mənada: yüksək, ali, ülvi. □ Gözəldir bir uca əməl bəsləyib; Bu əməl uğrunda qan-tərə batmaq. (M.Müşfiq).
6. Yüksək, yuxarı, zil; ucadan, bərkdən. □ Müəzzin uca səslə azan verirdi. (Y.V.Çəmənzəminli).
Həmçinin bax: