Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

üçəm1

Culfa

Aşıqla oynanılan qumar. □ Üçəm oynallardı qabaxlar.

üçəm2

Kəlbəcər

Qumrov. □ Üçəm qoyunun boğazında olar.

üçəm3

Ağdam, Əli Bayramlı, Gədəbəy, Kürdəmir, Qazax, Naxçıvan, Ordubad

1. Bir dəfəyə üç bala doğmuş qoyun, keçi (Ağdam, Əli Bayramlı, Kürdəmir, Ordubad). □ Bizim qalxozun qoyunnarının çoxu üçəm qoyunnardı (Ordubad).

2. Üçqat (Gədəbəy, Kürdəmir, Qazax). □ İpi üçəm əyir (Qazax).

3. Üç cərgə (Naxçıvan). □ Qatırı üçəm yüklə.

Azərbaycan dilinin dialektoloji lüğəti