1. Bədbəxtlik gətirən, bədbəxtliyə səbəb olan; şükümsüz, məşum, bədbəxt, fəlakətli. □ Qonaqsız ev uğursuz olar. (Atalar sözü).
2. Nəhs, mənhus, pis. □ Uğursuz bir gündə acı bir külək; Dağları, daşları bir yerdə qatdı. (S.Vurğun).
3. Bədbəxt, talesiz, bəxtsiz. □ Xeyir olsun, ah, gəlir uğursuz insan; Gözündə oynayır ehtiras, al qan. (A.Şaiq).
4. Uğursuzluqla nəticələnən, heç bir müsbət nəticə verməyən, heç bir şeylə nəticələnməyən; müvəffəqiyyətsiz. □ Uğursuz təşəbbüs. Uğursuz uçuş. Uğursuz axtarışlar.
Azərbaycan dilinin izahlı lüğəti