Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

umur

Ağdam, Cəbrayıl, Qax, Meğri, Mingəçevir, Şəki, Zəngilan

İxtiyar. □ Əlimdə umur olsa, sənin işini bu sa:t düzəldərəm (Ağdam); Əlində umur olsa, çox işdərdən başlıyar (Zəngilan); Umurum qa:f kişi:n əlində da: (Mingəçevir); Çobannarın umuru fermə müdiri Avdıllanın əlindədi (Meğri); Heyləsinə Allah umur verməsin, yoxsa çoxu:n əvin yıxar (Cəbrayıl); U:n umuru keçə mə:n elimə, billəm nağarram (Şəki).

Azərbaycan dilinin dialektoloji lüğəti