lat. universalis – ümumi, bütov
Fərqli janrlarda və mövzularda material hazırlamaq, müxtəlif şəraitlərdə və jurnalistika sahələrində çalışmaq bacarığına yiyələnmiş peşəkar.
U.J.-dən redaktəni, dizaynı bilmək, yeni texnologiyaları mənimsəmək kimi qabiliyyətlər tələb olunur. Misal: «Onlar istənilən yerdən reportaj verməyə hazır olmalıdırlar, hər materialın necə yazıldığını bilməli, həm məlumatlandırmağı, həm əyləndirməyi bacarmalıdırlar» (Britaniyanın “Observer” qəzetinin keçmiş baş redaktor müavini Devid Rendall, «Universal jurnalist» kitabından).
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti