Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ünsür [ünsür] isim ərəb

1. Qədim materialist fəlsəfədə təbiətin, bütün şeylərin, hadisələrin bünövrəsini təşkil edən əsas tərkib hissələrindən biri (od, su, hava, torpaq).

2. Kimya. Adi kimyəvi üsullarla tərkib hissələrinə ayrıla bilməyən, yaxud da sintez yolu ilə əldə edilə bilməyən bəsit maddə; element.

3. Məcazi mənada: hər hansı ictimai təbəqənin nümayəndəsi. Cəmiyyətin mütərəqqi ünsürləri.

4. Şəxs, adam. Qəbilənin çalışmaq iqtidarından məhrum bütün ünsürləri burada idi. (Y.V.Çəmənzəminli).

5. Tamı əmələ gətirən hissələrdən, cüzlərdən hər biri. Musiqi ifadəliliyinin bir çox mühüm ünsürləri (kök, vəzn, tembr və sairə) məhz melodiyanın tərkibində birləşərək bir vəhdət təşkil edir. (Ə.Bədəlbəyli).

6. Hər hansı qurğunun, mexanizmin hissəsi, detalı.

Azərbaycan dilinin izahlı lüğəti