Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

uruf1

Şəki

Ruh.  Elə iynə vurur, heç urufun da incimir.

uruf2

Şəki

1. An, az vaxt. □ Bi urufdacə qutardı işini.

2. On beş dəqiqə. □ Un ikiyə bi uruf var.

uruf3

Xanlar

1. Hörmət.

2. Təmtəraq. □ İrəhmətdix' Qasım əmini bir urufinan basdırdılar ki.

uruf4

Biləsuvar, Salyan

Yaxşı, xoşagələn. □ Gedirsən, görürsən mağazeyində bi şey satıllar, di:rsən ki, lap urufidı (Biləsuvar).

uruf5

Bərdə, Hamamlı

1. 100 qram (Bərdə). □ Gəvənin bir gülü əysix'di, mana bir urufi narın ifi ver.

2. 4 kiloqramlıq ölçü qabı (Hamamlı). □ İki urufi taxıl ölç gəti, ver aparsın.

Azərbaycan dilinin dialektoloji lüğəti