Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

ütüx'1

Ağdaş, Kürdəmir, Mingəçevir, Şəki

Tez üşüyən, soyuğa davamsız.  Sən lap ütüx'sən ki, heç həvlə havada da adam üşüyərr? (Şəki).

ütüx'2

Ağdam, Cəbrayıl, Kürdəmir, Laçın, Ordubad, Şuşa, Zəngilan

Bacarıqlı, zirək.  O, çox ütüx'kişidi, heş vaxt neynim-nejeli:m demiyif; Maşallah, Osman çox ütüx' gədədi (Ağdam); Ütüy adamdı, nə tafşırsan, alıf gətirəcəx' (Laçın); Pıl verin, toxuma Həsən gessin, o, çox ütüx'dü, harda olsa tapıf gətirəcəx' (Cəbrayıl); Əhmət ütüy uşaxdı (Şuşa).

ütüx'3

Kürdəmir, Ordubad

Kələkbaz, hiyləgər.

Həmçinin bax:

Azərbaycan dilinin dialektoloji lüğəti