Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

uyuşmax1

Ağdam, Bərdə, Cəbrayıl, Daşkəsən, İmişli, Şamaxı, Şuşa, Zəngilan

Bərkimək <südün qatığa çevrilməsi zamanı>. □ Süd hələ uyuşmuyuf (Ağdam); Qatığı kəsmə, hələ uyuşmaz (Daşkəsən); Qatığ heç uyuşmuyuf, nə tə:r kəsim verim sa: (Zəngilan); Südün üsdün açma, indi-indi uyuşur (Cəbrayıl); Qatığı indi çalmışam, bir əzdən uyuşar (Şuşa).

uyuşmax2

Cəbrayıl, Şuşa, Zəngilan

Öyrəşmək, alışmaq; isinişmək.  Bir həfdədi bı quzunu alıp gətimişəm, ama heş bizim quzulara uyuşmur (Zəngilan); Çox soyux uşaxdı, heş kəsə uyuşmur (Şuşa).

uyuşmax3

Cəbrayıl

Keyimək. □ İndi uyuşur inənin yeri.

Azərbaycan dilinin dialektoloji lüğəti