►Vaxtın çox qiymətli olduğunu, onun lazımınca qiymətləndirilməsinin vacibliyini bildirən ifadə.
Deyim görkəmli ictimai-siyasi xadim Bencamin Franklinə (1706–1790) məxsusdur.
B.Franklin həmin ifadəni «Gənc ticarətçiyə məsləhətlər» əsərində işlətmişdir. Həmin «məsləhətlərdən» birində belə deyirlər: «yadından çıxartma, vaxt – puldur, əgər sən gündə 10 şillinq qazana bilərsənsə və günün yarısını bikar oturursansa, deməli, hər gün 5 şillinq itirirsən».
Əslində, bu ifadə Britaniya mətbuatında ilk dəfə 1719-cu ildə işlədilmiş, lakin diqqəti o qədər də cəlb etməmişdir. Lakin B.Franklinin sayəsində «vaxt puldur» deyimi xeyli populyarlaşaraq aforizmə çevrilmişdir. Ana dilimizdə bu ifadə daha çox «vaxt qızıldır» şəklində işlədilir. Eyni zamanda dilimizdə vaxtla bağlı bir çox atalar sözü, həmçinin daha çox başqa dövlətlərdən gəlmiş «daşları yığmaq lazımdır», «vaxt sıxır», «vaxtı bitmək» və s. ifadələr işlədilir.
Məsəllər, deyimlər