Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

vec1

Şey, mal. (“Koroğlu” dastanının lüğəti)

Dəmirçioğlu düşməz gücdən,

Qorxmaz müxənnətdən, bicdən,

Bac allam nağdıdan, vecdən,

Dəmirçioğlu mənəm, mənəm!

                 (“Koroğlunun Ərzurum səfəri”)

                           *

Polad şeşpər ilə əzəm başını,

Axıdam gözündən qanlı yaşını,

Cida ilə ölçsəm al-qumaşını,

Nağdın da olmasa, vec alam gedəm.

                  (“Koroğlunun Ərzurum səfəri”) (“Cünun–Əli”)

vec2

Vecə qoymamaq: vecinə almamaq, saymamaq, etina etməmək. (“Koroğlu” dastanının lüğəti)

Bildi ki, tacirdən xeyirli söz çıxmaz, nədisə paxıllığından bir çuğulluq eləyəcək, onu da Koroğlu vecə qoymayacaq(“Mərcan xanımın Çənlibelə gəlməyi”) (İ.A.,B.A.)

Azərbaycan dastanlarının leksikası