Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

vədə [və:də] isim ərəb

1. Bir iş üçün qabaqcadan təyin olunan vaxt, müddət. □ Vədəsi çatmaq. Vədəsi qurtarmaq.

2. Bir işi təxir etmək üçün təyin olunan vaxt, möhlət. □ 6 ay vədə verdi.

3. Ümumiyyətlə, vaxt, zaman, çağ. □ Könül həsrət, can müntəzir, göz yolda; Ömr azaldı, vədə keçdi san ilə. (M.V.Vidadi).

4. Bir işi yerinə yetirmək üçün qabaqcadan söz vermə, öhdəyə götürmə. □ Hər zaman Zeynal onu ... quru və boş vədələr ilə dolandırırdı. (S.Hüseyn).

Azərbaycan dilinin izahlı lüğəti