Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

vəfasız [vəfa:sız] sifət

1. Dostluqda, məhəbbətdə sabit və möhkəm olmayan; vəfası olmayan; sədaqətsiz, etibarsız. □ Nə qədr təndə canım var, işim fəğan olacaq; Vəfasız oldu mənə çünki yar, ağlayıram. Heyran xanım. Sevgi dildə şüar olsun! Vəfasıza çox ar olsun! (S.Vurğun).

2. Məcazi mənada: etibarsız, fani, müvəqqəti. □ Vəfasız dünyanın mehri gedir könlündən, aldanma. (İ.Nəsimi).

Azərbaycan dilinin izahlı lüğəti