Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

vər1

Bərdə, Əli Bayramlı, Xanlar, İmişli, Kürdəmir, Qarakilsə, Qazax, Meğri

Cərgə, sıra.  Bu gün on səkkiz vərin alağını eləmişəm (Əli Bayramlı); Hər iki vərin arasın becərir (Kürdəmir); Hərə öz vərin başa çıxsa iyitdi (Meğri); Bi vər taxılı bişdim başatan (İmişli); Hərə bir vər götürür piçir (Qarakilsə).

vər2

Meğri

Əvəz.  Nənəmin vərinnən mən gedecem soğan alağına.

vər3

Cəlilabad

Hesab. □ Pıli verdün, inəg qaldı sənün vəründə.

Həmçinin bax:

Azərbaycan dilinin dialektoloji lüğəti