Andlılar məhkəməsində müttəhimin təqsirli olub-olmaması barədə andlı iclasçıların rəyi, məhkəmə hökmü, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi və ya təqsirsizliyi barəsində andlı iclasçıların çıxardığı qərar.
V. andlı iclasçılar kollegiyasında səsvermə yolu ilə çıxarılır. Andlı iclasçıların müşavirəsi zamanı səsvermə açıq aparılır və üzvlərdən heç kəs V.-lə bağlı səsvermə zamanı bitərəf qala bilməz. Aparıcı andlı iclasçı sonuncu olaraq səs verir. V. məhkəmə icraatının materiallarına əlavə edilir. □ Andlılar məhkəməsinin veridikti.
Azərbaycan dilinin izahlı lüğəti