İnsanın, mənəvi dəyər, hadisə və predmetlərin bədii dillə müsbət şəkildə ifadəsi; tərənnüm.
İnsan gözәlliyinin, yaxud müәyyәn bir әşyanın qeyri-adi, bәdii ifadәlәrlә, məcazlar vasitәsilә tәsviridir. Klassik ədəbiyyatda insan gözəlliyi ilə bərabər, onun hünəri, bacarığı, ədaləti və s. V. edilirdi. Saray ədəbiyyatı daha çox hökmdarların V.-i üzərində qurulub. V. bir çox qəsidələrin tәrkib hissәsi olub. Mәsәlәn, hökmdarın tərifinә hәsr olunmuş qәsidәdә onun atının, qılıncının, tacının, üzüyünün, yaxud simasının, boy-buxununun V.-i verilirdi. İstər şifahi, istərsə də yazılı ədəbiyyatda V. daha çox məhəbbət əsərlərində özünü göstərir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti