Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

vəziyyət [vəziyət] isim ərəb

1. Hər hansı bir şəraitdən doğan hal, keyfiyyət. □ Xəstənin vəziyyəti ağırdır. Çətin vəziyyətdən çıxmaq.

2. İctimai-siyasi münasibətlərin məcmusu, ictimai həyat şəraiti, halı. □ Beynəlxalq vəziyyət. İqtisadi vəziyyət.

3. İctimai həyatda rol, mövqe. □ İctimai vəziyyət.

4. Bədənin yaxud onun bir hissəsinin duruş tərzi. □ Oturmuş vəziyyətdə yuxulamaq. Çalğı çalarkən bədəni düz vəziyyətdə saxlamaq.

5. İctimai həyatda yaxud dövlət həyatında hökumət tərəfindən müəyyən edilən üsul, nizam və qayda. □ Ordunu dinc vəziyyətə gətirmək.

Həmçinin bax:

jurnalistika: fövqəladə vəziyyət frazeologizm: vəziyyətdən çıxmaq Azərbaycan dilinin izahlı lüğəti